Sudanda silahlı toqquşmalarda ölənlərin sayı 420 nəfərə çatıb
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/RJUBXM3GYFLNXB4V2YDEAYVORM-1024x1024.jpg)
Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında baş verən silahlı qarşıdurmalarda 420 nəfər həyatını itirib.
“Turanın səsi ” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı bəyan edib.
Qeyd olunub ki, silahlı qarşıdurmalarda 3 700 şəxs yaralanıb.
Bundan əvvəl Sudan Həkimlər İttifaqı bildirib ki, ölkədə silahlı toqquşmaların başlamasından bəri 260-dən çox dinc sakin ölüb, 1500 nəfər yaralanıb və 20 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.