Sudanda BMT-nin anbarları talan edilib

BMT münaqişədən zərər çəkən Sudanda 18 700 ton məhsulunun talan edildiyini açıqlayıb.

“Turanın səsi ” in xəbərinə görə bu barədə BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq brifinqdə deyib.

BMT rəsmisi bildirib ki, talan edilən məhsulların pul dəyəri 13 000 000 ABŞ dollarından artıqdır.

F.Haqın sözlərinə görə, bölgədə BMT-nin sadəcə ərzaq anbarlarında deyil, təşkilatın koordinasiya mərkəzində istifadə olunan noutbuk kimi ofis avadanlıqları da talan edilib: “Ərzaq anbarları əvvəlki həftələrdə talan edilmişdi. Ziyanın məbləği daha çox ola bilər, orada nə baş verdiyini dəqiqləşdirmək üçün qiymətləndirmə aparılır”.

Sözçü əlavə edib ki, talanların arxasında nəzarətsiz qüvvələr, quldurlar və cinayətkarlar dayanır.

Qeyd edək ki, Afrikanın üçüncü ən böyük ölkəsi olan Sudanda aprelin 15-də etibarən xüsusi təyinatlı qüvvələrlə ordu arasında toqquşmalar başlayıb. Böhranın aradan qaldırılması ilə bağlı danışıqlara çağırışlar hələ də cavabsız qalıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir