SON DƏQİQƏ… Suriya müxalifəti Dəməşqi ələ keçirdi
Suriyada müxalifət qüvvələri paytaxt Dəməşqi ələ keçiriblər.
“turaninsesi.az” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” və “Reuters” məlumat yayıb.
Məlumata görə, Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib. O, hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu açıqlayıb.
Bildirilir ki, Suriya Prezidenti Bəşər Əsəd ölkədəki son hadisələr fonunda paytaxt Dəməşqi tərk edib. Onun təyyarəsi naməlum istiqamətə uçub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI