SON DƏQİQƏ: Ərdoğanın baş müşaviri VƏFAT ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri və Prezident yanında İqtisadi Siyasət Şurasının üzvü Yiğit Bulut bu gün – 11 iyul 2025-ci il tarixində vəfat edib.
“turaninsesi.az” xəbər verir ki, 53 yaşlı Bulut bir müddətdir mədəaltı vəzi xərçəngi diaqnozu ilə müalicə alırdı.
Son həftələrdə onun səhhətində ciddi pisləşmə müşahidə olunmuşdu.
Onun ölüm xəbərini Türkiyənin keçmiş daxili işlər naziri Süleyman Soylu sosial media hesabında təsdiqləyib.
O, paylaşımında belə yazıb:
“Əziz dostum Yiğit Bulut bu səhər ağır keçən bir xəstəlikdən sonra dünyasını dəyişdi. Onu böyük ehtiramla xatırlayır, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.
Yiğit Bulut kimdir?
Yiğit Bulut uzun illər Türkiyənin media və siyasət arenasında tanınan simalardan biri olub. O, jurnalist kimi fəaliyyətə başlayıb, müxtəlif media qurumlarında rəhbər vəzifələrdə çalışıb. Daha sonra siyasi fəaliyyətə keçən Bulut, Prezident Rəcəb Tayyib Ərdoğanın yaxın ətrafında yer alan mühüm fiqurlardan birinə çevrilmişdi.
İqtisadi siyasət sahəsində mühafizəkar-millətçi mövqeyi ilə tanınan Yiğit Bulut, xüsusilə qlobal iqtisadi sistemə və xarici təsirlərə qarşı sərt çıxışları ilə yadda qalıb. O, Prezident Aparatında baş müşavir kimi fəaliyyət göstərməklə yanaşı, strateji iqtisadi planların hazırlanmasında da iştirak edib.
Onun vəfatı Türkiyə ictimaiyyətində geniş rezonans doğurub. Sosial şəbəkələrdə siyasətçilər, jurnalistlər və vətəndaşlar Yiğit Bulutun ölümünə kədər və hüznlə münasibət bildirirlər. Prezident Rəcəb Tayyib Ərdoğanın da yaxın günlərdə bu itki ilə bağlı rəsmi açıqlama verəcəyi gözlənilir.
Yiğit Bulutun vida mərasimi ilə bağlı hələlik rəsmi məlumat paylaşılmayıb. Ancaq mərhumun Ankarada dəfn ediləcəyi ehtimal olunur.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI