Şolts Zelenskini əmin etdi: Hərbi dəstək…

Ukrayna Prezidenti Vladimir Zelenski və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub.

Turanın səsi ” xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Şteffen Heberştayt deyib.

Onun sözlərinə görə, O.Şolts ilə söhbətində Zelenski Rusiyanın son hücumlarının nəticələrindən danışıb və Almaniya federal hökumətinə hərbi dəstəyə, xüsusən də Ukraynanın hava hücumundan müdafiəsini gücləndirdiyinə görə təşəkkür edib.

Öz növbəsində kansler Almaniyanın Ukrayna ilə sarsılmaz həmrəyliyini təsdiqləyib və əmin edib ki, Berlin Avropa və beynəlxalq tərəfdaşlarla sıx koordinasiyada Kiyevi hərbi sahədə dəstəkləməyə davam edəcək.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir