ŞOK İDDİA – HƏMAS lideri Tehrandakı qonaq evində bomba təxminən 2 ay əvvəl gizlədilib
İsmayıl Haniyə Tehrandakı qonaq evinə gizli şəkildə yerləşdirilən partlayıcı qurğu ilə öldürülüb.
“turaninsesi.az” xəbər verir ki, bu barədə “New York Times” bir çox mənbəyə istinadla məlumat yayıb.
Bu, ikisi İran, biri Amerika rəsmisi də daxil olmaqla, 7 Yaxın Şərq rəsmisidir.
Onların sözlərinə görə, bomba təxminən 2 ay əvvəl qonaq evində gizlədilib və Haniyənin otaqda olduğu təsdiqləndikdən sonra uzaqdan partladılıb.
Sui-qəsd Tehranın şimalındakı Neşat kompleksində baş verib. Kompleks İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarətindədir.