Şmiqal : Ukraynanın yenidən qurulması üçün 750 milyard dollar lazım olduğunu bildirir

0

Bu ilin sonuna qədər müharibə nəticəsində Ukrayna iqtisadiyyatına dəymiş ziyan iki dəfə artaraq 700 milyard ABŞ dollarına çatacaq.

Turanın səsi ” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Parisdə keçirilən iqtisadi forumda bildirib.

“Dünya Bankının təsdiq etdiyi hesablamalarımıza görə, iyunun 1-nə Ukrayna iqtisadiyyatına dəymiş zərərin məbləği 350 milyard dollar təşkil edir. İlin sonuna qədər bu məbləğ, aydındır ki, iki dəfə artacaq. Biz bunu başa düşürük, çünki dağıntılar davam edir”, – o deyib.

Eyni zamanda, baş nazir müharibənin ölkə iqtisadiyyatının bütün sahələrinə çətinlik yaratdığını vurğulayıb.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir