Sloveniyada daşqınların vurduğu ziyan 4,7 milyard avroya çatıb

Sloveniyanın müasir tarixindəki ən böyük daşqının vurduğu ziyan 4,7 milyard avro təşkil edir.

Turanın səsi” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Robert Qolob bildirib.

Baş nazirin sözlərinə görə, növbəti 5 ildə daşqının nəticələrinin aradan qaldırılması üçün 7 milyard avroya qədər vəsait ayrılacaq.

Avqustun 6-da Sloveniya hakimiyyəti təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında kömək üçün Avropa İttifaqı və NATO-ya müraciət etmək qərarına gəlib. Söhbət tullantıların yığılması və yolların fəaliyyətinin bərpa olunması, helikopterlər, yığma körpülər, eləcə də daşqınların nəticələrinin aradan qaldırılması üçün 200-ə yaxın hərbçinin cəlb edilməsindən gedir.

Avqustun 4-də Sloveniyanın Ətraf Mühitin Mühafizəsi Agentliyi bir gün əvvəl başlayan leysan yağışları ilə əlaqədar ölkənin şimal-şərq, şimal-qərb və mərkəzi hissələrində qırmızı təhlükə elan edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir