Slovakiyanın Baş naziri istefa verib
Slovakiyanın Baş naziri Eduard Heger ölkə Prezidenti Zuzana Çaputovadan onu hökumət başçısı vəzifəsindən azad etməklə bağlı müraciət ünvanlayıb.
Bu barədə “turanın səsi ” “İnterfax”a istinadən xəbər verir.
Slovakiyanın müvəqqəti hökumətinə rəhbərlik edən Heger nazirlərin istefası ilə bağlı belə bir qərar qəbul edib.
Bundan əvvəl onun kabinetinin bir neçə naziri, o cümlədən Xarici İşlər Nazirliyinin rəhbəri də müvafiq müraciət göndərib.
E. Hegerin bazar günü Çaputova ilə görüşəcəyi gözlənilir. Artıq ölkə Prezidentinin yeni Baş nazir təyin etmək hüququ mövcuddur.