Slovakiya parlamenti “MiQ-29”ların Ukraynaya verilməsini müzakirə edəcək

Slovakiya Hərbi Hava Qüvvələrinin istifadəsindən çıxarılan MiQ-29 qırıcıları respublikanın Milli Şurasında (parlamentdə – red.) belə bir imkanın ilkin müzakirəsi aparılmadan Ukraynaya verilməyəcək.

Turanın səsi ” xəbər verir ki, bunu Slovakiyanın müdafiə naziri Yaroslav Nad TAZ telekanalının “Siyasətdə” müzakirə proqramında bildirib.

“Əgər biz MiQ-lərin Ukraynaya və hansı şərtlərlə verilməsi barədə qərar qəbul etməkdən danışırıqsa, onda bunu ilk növbədə parlamentdə müzakirə edəcəyik”, – Nad deyib.

O qeyd edib ki, bu məsələ aktual olanda ali qanunverici orqana təqdim ediləcək.

Nazir qeyd edib ki, MiQ-29-ların mümkün transferi Slovakiyanın müdafiə qabiliyyətini zəiflətməyəcək. Bu qırıcılar birdəfəlik milli hərbi hava qüvvələrinin tərkibindən çıxarılır. Onların yarıdan çoxu, Ukraynaya ianə edildiyi təqdirdə, respublika Avropa İttifaqı tərəfindən kompensasiya edilir.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir