Şimali Koreya iki qısa mənzilli ballistik raket buraxıb
![](https://turaninsesi.az/wp-content/uploads/2023/03/20230314_084506.jpg)
Cənubi Koreya ordusu Koreya Xalq Demokratik Respublikasından (KXDR) iki qısa mənzilli ballistik raketin buraxılışını qeydə alıb.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreyanın Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, raketlər yerli vaxtla saat 07:41-dən 07:51-dək (Bakı vaxtı ilə saat 02:41-dən 02:51-dək) Hvanhe-Namdo əyalətinin Çanen rayonundan Yapon dənizinə doğru buraxılıb.
Qeyd olunub ki, bu ərazidən əvvəllər heç bir ballistik raket buraxılışları qeydə alınmayıb.