Şimali Koreya ABŞ-ı nüvə silahı ilə hədələyib


“ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus strateji sualtı qayığının Cənubi Koreyanın Busan limanına daxil olması bizim nüvə silahından istifadə etməyimizə səbəb ola bilər”.

Turanın səsi ” xəbər verir ki, bunu Koreya Xalq Demokratik Respublikasının (KXDR) müdafiə naziri Kanq Sun Nama deyib.

“Biz ABŞ ordusuna xatırladırıq ki, strateji yerləşdirmələrin, o cümlədən strateji nüvə sualtı qayıqlarının görünməsinin artırılması nüvə silahının istifadəsi şərtlərinə daxildir”-deyə, o bildirib.

Nazir bildirib ki, ABŞ onun nüvə aktivlərinin çox təhlükəli sulara daxil olduğunu bilməlidir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir