Şimali Kipr Türk Respublikası TÜRKPA-ya müşahidəçi üzv seçilib
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230429_052618.jpg)
Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) müşahidəçi üzv seçilib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviterdə paylaşım edib.
“Kipr türkləri türk dünyasının ayrılmaz bir parçasıdır. Şimali Kipr Türk Respublikasının TÜRKPA-ya müşahidəçi üzvlüyü xeyirli olsun. Birlikdə güclüyük!” – paylaşımda bildirilir.