Seulda “Parazit” filmindəki zirzəmi mənzillərə qadağa qoyulacaq

0

Cənubi Koreyanın paytaxtında iki qadın və bir yeniyetmə daşqın nəticəsində həlak olduqdan sonra zirzəmidəki mənzillər mərhələli şəkildə ləğv ediləcək.

Qərar şəhərə son 80 ilin ən güclü yağışlarının yağması fonunda verilib.

Üç gün davam edən daşqınlar nəticəsində azı 11 nəfər itkin düşüb.

Su basmış yarımzirzəmidə iki 40 yaşlı qadın və 13 yaşlı qızın meyiti tapılıb. Hadisə şahidlərinin sözlərinə görə, onlar evləri su ilə dolduğu zaman kömək istəsələr də, xilasedicilər özlərini çatdıra bilməyiblər.

Faciə yenə də ucuz kirayə haqları və pis yaşayış şəraiti ilə tanınan zirzəmi evlər problemini göndəmə gətirib. Yerli hakimiyyət orqanları artıq belə evlərin tikintisinə icazə verməyəcək və mövcud mənzilləri mərhələli şəkildə ləğv olunacaq. Zirzəmidəki mənzillərin sahiblərinə onları anbar və ya dayanacaq kimi qeyri-yaşayış sahələrinə çevirmək üçün 20 il vaxt veriləcək. Səlahiyyətlilər həmçinin kirayədə qalanlara ictimai mənzillərə köçməyə kömək edəcəklər.

Mənbə: tjournal.ru

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir