“Sergey Lavrov heç bir halda etibarını itirməyib” – Putin
“Sergey Lavrov heç bir halda etibarını itirməyib. Bu, cəfəngiyyatdır”.
” turaninsesi.az” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanın paytaxtı Bişkekdə KTMT Təhlükəsizlik Şurasının iclasından sonra keçirilən mətbuat konfransında son zamanlar Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dövlət başçısının rəğbətini itirməsi barədə məlumatı şərh edərkən deyib.
Putin bildirib ki, nazir hazırda amerikalı tərəfdaşlarla görüşə hazırlaşır və görüləcək işlərin hesabatını verib.