SEPAH-ın daha bir komandanı öldürüldü
İsrailin hava zərbələri nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Təngsiri öldürülüb.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə İsrail mənbələri məlumat yayıb.
Bildirilib ki, Ə.Təngsiri Bəndər-Abbas şəhərində endirilən zərbə nəticəsində həyatını itirib.
O¸Hörmüz boğazının bağlanmasına cavabdeh şəxs olub.
İran və israil rəsmiləri Ə.Təngsirinin öldürülməsi barədə hər hansı məlumat yaymayıb.
Arzu Paşaqızı