“Sepah” Hacızadənin öldürüldüyünü təsdiqlədi

İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadənin İsrailin Tehrana endirdiyi hərbi zərbələr nəticəsində öldürüldüyü təsdiqlənib.
“turaninsesi.az” təsnim-ə istinadla xəbər verir ki, “Sepah”ın bununla bağlı bəyanatında İsrailin cinayətkar hücumlarında iranlı komandirlərin ölümü heç bir halda İran xalqını və ya İİKK-ni sarsıda bilməyəcəyi vurğulanır:
“Bu, onların qəddar qisas almaq əzmini gücləndirəcək”.
İİKK xəbərdarlıq edib ki, İsrail və onun regional və qeyri-regional sponsorları lazımi vaxt və yerdə layiqli və qəti cavab alacaqlar.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI