“Sepah” generalları Putinə irad tutdu

Putinin Suriyadan Tehrana 4000 İran əsgərinin təxliyəsi ilə bağlı açıqlaması “Sepah” komandirlərində ciddi etiraz doğurub.

turaninsesi.az” xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü general İsmayıl Kousəri Rusiya prezidentinin sözlərinə düzəliş edib:

“Ümumi say 4000 nəfər deyildi. Ümumiyyətlə, bu saya Suriyada müşavir kimi çalışan Livan, Əfqanıstan və digər ölkələrin bir sıra vətəndaşları daxildir. Suriyada ümumiyyətlə deyilən qədər hərbçimiz yox idi”.

O əlavə edib: “Qüvvələrimizi Suriyadan gec geri çəkməyimizin səbəbi Suriya ordusunun müqavimət göstərəcəyinə son ana qədər inanmağımız idi. Lakin sonra gördük ki, nə ordu, nə də Bəşər Əsəd ayağa qalxır”.

General Kousəri bildirib: “Suriyada “Təhrir əl-Şam”la son qarşıdurmalarda 15 şəhid verdik”.

Digər “Sepah” hərbçisi, “Xatəmül-Ənbiya” bazasının müavini general Məhəmməd Cəfər Əsədi isə Vladimir Putinin sözlərinə bu cür münasibət bildirib:

“Suriyada nə qədər qüvvəmizin olduğunu dəqiq bilmirəm. Lakin Suriyada xeyli iranlı yaşayırdı. Dəməşqin köhnə hakimiyyəti zamanı, son saatlara qədər İran qüvvələri Həzrət Zeynəb və Həzrət Ruqiyyənin hərəmlərində olub. Əsəd süqut edəndə ruslar İran vətəndaşlarını köçürmək üçün bizimlə əməkdaşlıq etdilər. Onların çoxu əfqan-şiələridir. Hətta rəsmi olaraq Suriyada olan müəllimlərimizə Livan vasitəsilə İrana qayıtmalarını tapşırdıq”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI