“Sepah” generalı: “Suriyada İran qüvvələri qalmayıb”
Bəşər Əsəd hakimiyyətinin süqutunun son anına qədər hərbi müşavirlərimiz və qüvvələrimiz Suriyada olub. İndi Suriyada İran qüvvələri yoxdur.
“turaninsesi.az” Mehr-ə istinadla xəbər verir ki, bunu İran parlamentinin qapalı iclasında “Sepah” komandanı general Hüseyn Səlami bildirib.
Bu barədə Məclisin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü İbrahim Rezayi danışıb:
“İnqilab Keşikçiləri Korpusunun komandanı vurğulayıb ki, biz zəifləməmişik və İranın qüdrəti azalmayıb. O, həmçinin vurğulayıb ki, sionist rejimin devrilməsi gündəmdən düşmür”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI