“Sepah” generalı: İsrailə hərbi cavab mütləq veriləcək
İran vədini yerinə yetirəcək və İsrailin oktyabrın 26-da İslam Respublikası ərazisindəki hərbi obyektlərə endirdiyi zərbələrə cavab verəcək.
“turaninsesi.az” Mehr-ə istinadla xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) komandanının müavini general Əli Fədəvi deyib.
O bildirib: “Gözləmək çox xoş bir şeydir və həqiqi möminin əlamətidir. İnsanlar bu əməliyyatın baş tutmasını gözləsinlər. İndiyədək inqilab liderlərinin və Keşikçilər Korpusunun bütün həqiqi vədləri yerinə yetirilib. Bu da yerinə yetiriləcək”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI