“Sepah” generalı: Bu, İsrail üçün məğlubiyyətdir

İsrail və Livanın Hizbullah hərəkatı arasında atəşkəs razılaşması İsrail üçün məğlubiyyətdir.

turaninsesi.az” Press TV-yə istinadla xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) komandiri Hüseyn Səlami deyib.

O, “Hizbullah” lideri Nəim Qasimə göndərdiyi mesajda yazıb: “Livan sərhədi yaxınlığında atəşkəs razılaşması sionist rejim üçün (İsrail – red.) strateji və alçaldıcı məğlubiyyətdir”.

Səlami qeyd edib ki, İsrail “Hizbullah”a qarşı müharibədə əldə etdiyi məqsədlərin heç birinə nail olmayıb”.

Bundan əlavə, o, bu razılaşmanın “Qəzza zolağında müharibənin bitməsinə gətirib çıxaracağına” ümid etdiyini bildirib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI