Sarkisyanın kürəkəni dövlətə 350 milyon dollar ziyan vurub
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın cinayət əməlləri ilə bağlı yeni cinayət işi başlanıb.
“turaninsesi.az” Ermənistan mətbuatına istinadən xəbər verir ki, Minasyan 76 epizod üzrə təqsirləndirilir.
76 epizodu əhatə edən işdə dövlətə dəymiş ziyan 350 milyon dollar qiymətləndirilir.
Qeyd edək ki, eks-prezident kürəkəni ölkənin Vatikandakı keçmiş səfiri olub.