Sabiq Prezidentə hökm oxundu
Cənubi Koreyanın sabiq Prezidenti Yun Sok Yol 5 il müddətinə azadlıqdan məhrum edilib.
“turaninsesi.az ” xəbər verir ki, məhkəmə onu səlahiyyətlərindən sui-istifadə və həbsə mane olmaqda təqsirli bilib.
Bununla yanaşı, ölkə prokurorluğu keçmiş dövlət başçısını düşmənə yardım göstərmək və qiyam təşkil etməkdə günahlandırıb.
İttihamlar 2024-cü ilin oktyabrında Şimali Koreyaya pilotsuz uçuş aparatlarının göndərilməsi ilə bağlıdır. Prokurorluğun versiyasına əsasən, Yun Sok Yol Pxenyanı təxribatlara çəkmək məqsədilə bu addıma şəxsən göstəriş verib.
Xatırladaq ki, Yun Sok Yol 2024-cü ilin dekabrında konstitusiyanı pozaraq ölkədə hərbi vəziyyət elan etməkdə də günahlandırılır. Bu epizod üzrə prokurorluq ona ölüm cəzası istəyib.
Qeyd edək ki, Cənubi Koreyada ölüm hökmü 1997-ci ildən bəri icra edilmir.
Arzu Paşaqızı