Səudiyyə ABŞ-yə 600 milyard investisiya yatıracaq

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Ali-Səud ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı iki ölkə arasında ticarətin artırılması üçün çalışacağına söz verib.

turaninsesi.az” xəbər verir ki, o, krallığın ABŞ ilə investisiya və ticarəti növbəti 4 ildə daha da genişləndirmək niyyətini və 600 milyard dollar sərmayə qoyuluşunu təsdiqləyib.

Eyni zamanda, iki lider Yaxın Şərqdə sülh, sabitlik və təhlükəsizliyin təşviqi üçün əməkdaşlıq yollarını, həmçinin terrorizmlə mübarizədə ikitərəfli əməkdaşlığı müzakirə ediblər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI