Səfirliyə hücum edən şəxsə ən ağır cəza veriləcək – İran rəsmisi

Diqqətlə araşdırıldıqdan və ölçüləri nəzərə alındıqdan sonra Tehrandakı Azərbaycan səfirliyinə hücumla bağlı cinayət işi məhkəməsinə göndərilib.
“Turanın səsi ” Fars News-a istinadla xəbər verir ki, bunu İran məhkəmə sisteminin sözçüsü Məsud Setayeşi deyib.
Onun sözlərinə görə, Tehran prokuroru qəsdçiyə qarşı çıxarılan ittiham aktında məhkəmədən ən ağır cəza verməsini istəyib.