Səfirlərlə görüş “Tramp yolu”nda keçiriləcək

XİN-in “Səfirlə görüşü” adlandırılan iclas bu il avqustun 25-27-də Qafan icmasının Sünik şəhərində keçiriləcək.
“turaninsesi.az” xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Erməni nəşri qeyd edib: “Görünür, Sünik təsadüfən seçilməyib. Məlum Vaşinqton sazişi “Tramp marşrutu” imzalandıqdan sonra bu ərazi və burada çəkiləcək “maneəsiz yol” xarici siyasətimizin ən mübahisəli və ən həssas nöqtəsidir.
Yəqin ki, səfirlərimizi ora aparacaq və onlar ərazi ilə tanış olacaqlar. Yəni “dəhliz”Ermənistanın suverenliyinin, bundan əziyyət çəkməyəcəyi təəssüratı yaratsın.
Bəzi söz-söhbətlərə görə, bu günlərdə Sünikə ölkəmizdə akkreditə olunmuş xarici səfirlər də gələcək, onlar da ərazi ilə və müqavilələrin təfərrüatları ilə tanış olacaqlar. Baxmayaraq ki, bunu imzalayanlar hələ ki, əslində nə baş verəcəyini bilmirlər”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI