Səfir: Saziş Rəisinin ölümünə görə təxirə salındı
Tehran və Moskvanın hərtərəfli strateji əməkdaşlıq haqqında sazişin bağlanmasında heç bir problemi yoxdur.
“turaninsesi.az” RIA Novosti-yə istinadla xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Cəlali bildirib.
Onun sözlərinə görə, saziş artıq hazır idi, lakin sonra prezident İbrahim Rəisinin vəfatı, daha sonra isə yeni hökumətin formalaşması ilə əlaqədar təxirə salınıb. İndi İran tərəfi bu sazişi imzalamaq üçün Rusiya ilə prezident Pezeşkianın Moskvaya səfərinin tarixi üzərində işləyir.