Rusiyaya gedənlərə daha bir pis xəbər – Yeni qadağalar
Moskva vilayətində miqrantlara ticarət və xidmət sahələrində işləmək qadağan olunacaq.
“turaninsesi.az” verir ki, bu barədə Moskva vilayəti hökumətinin sədr müavini Nataliya Maslenkina danışıb.
“2025-ci ilin əvvəlindən Moskva vilayətinin hakimiyyət orqanları miqrantların alkoqol və tütün ticarəti, qeyri-stasionar pərakəndə satış obyektlərində küçə yeməkləri, sosial xidmətlər, həmçinin idman, mədəniyyət, səhiyyə, təhsil sahələrində işləməsinə qadağa qoymağa hazırlaşır”, – o bildirib. kapital bank vakansiya
Maslenkinanın sözlərinə görə, son 3 ildə regionda əcnəbilərin ticarətdə işləməsi ilə bağlı şikayətlər artıb. O qeyd edib ki, bu tədbir “potensial münaqişələri minimuma endirməyə kömək edəcək”.