Rusiyanın zərbəsi nəticəsində Slavyanskda ölənlərin sayı 15-ə çatıb

Slavyanskda beşmərtəbəli binada axtarış-xilasetmə işləri başa çatıb, ümumilikdə Rusiyanın aprelin 14-də şəhərə endirdiyi zərbə nəticəsində 15 nəfər ölüb, 24 nəfər yaralanıb.

Turanın səsi ” xəbərə verir ki, bu barədə Donetsk Vilayət Dövlət Administrasiyasının başçısı Pavel Kirilenko teleqramda bildirib.

“Dəqiqləşdirilmiş məlumatlara görə, dağıntılar altından 15 nəfər çıxarılıb: 5-ni (o cümlədən 14 yaşlı qız) qurtarmaq mümkün olub, 10 nəfər (aralarında 2 yaşlı oğlan olub) ölüb”, – o qeyd edib.

Kirilenko xatırladıb ki, aprelin 14-də rusiyalılar “S-300” hava hücumundan müdafiə sistemindən şəhərə 8 raket ataraq, Slavyanska böyük raket hücumu həyata keçiriblər.

Bu hücum nəticəsində ümumilikdə 15 nəfər ölüb, 24-ü yaralanıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir