Rusiyanın Xəzərə doğru üzən gəmisi MƏHV EDİLDİ

Ukraynanın Xüsusi Təyinatlı Qüvvələri Kareliyada Rusiyanın “Qrad” tipli kiçik raket gəmisinin məhv edilməsi əməliyyatının təfərrüatını açıqlayıb.
*turaninsesi.az “xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, əməliyyat oktyabrın 4-də yerli vaxtla saat 04:31-də Oneqa su hövzəsində baş verib.
Xüsusi təyinatlılar gəmini Baltikdən Xəzər dənizinə doğru hərəkətdə olarkən vurublar.
Zərbə gəmiyə ciddi ziyan vurub.
“Qrad” Rusiyanın ən yeni gəmilərindən biridir. 2022-ci il dekabrın 29-da Baltik Donanmasına istismara verilib. Gəminin əsas silahı Kalibr-NK raket sistemidir.
Arzu Paşaqızı