Rusiyanın Krivoy Roqu bombalaması nəticəsində ölən və yaralananların sayı artıb – YENİLƏNİB

Rusiya ordusunun Ukraynanın Krivoy Roq şəhərindəki təhsil müəssisəsinə və yaşayış binalarına raket zərbələri endirməsi nəticəsində ölən və yaralananların sayı artıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hücum nəticəsində ölənlərin sayı 2-yə, yaralananların sayı isə 15-ə çatıb.

Dağıntılar altında qalanlar var. Əraziyə xilasedicilər və polis əməkdaşları cəlb olunub.

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat hücum zamanı ballistik raketlərdən istifadə olunduğunu söyləyib.

11:43

Ukraynanın Krivoy Roq şəhərində təhsil müəssisəsinə və yaşayış binalarına raketlərin düşməsi nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb.

Turanın səsi ” Ukrayna KİV-inə istinadən xəbər verir ki, raketləri Rusiya ordusu atıb. Yerli polis idarəsi məlumatı təsdiqləyib.

Bildirilib ki, raketlərdən biri 4 mərtəbəli təhsil müəssisəsinin binasına düşüb. Dağıntılar altında qalanlar var. Əraziyə xilasedicilər və polis cəlb olunub.

İkinci raket isə 9 mərtəbəli yaşayış binasına düşüb. Orada da dağıntılar altında qalanların olduğu istisna edilmir. Fövqəladə hallar idarəsinin əməkdaşları binanın dağıntıları altında axtarış-xilasetmə əməliyyatı aparırlar.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir