Rusiyanın Kramatorska endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb

Rusiya Silahlı Qüvvələrinin Kramatorsk şəhərinə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

Turanın səsi ”  xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına istinadən məlumat yayıb.

“İyunun 29-da səhər saatlarında daha bir şəxsin meyiti dağıntılar altından çıxarılıb. Ümumilikdə 12 nəfər ölüb (o cümlədən 3 uşaq), 60 nəfər yaralanıb (o cümlədən 1 uşaq), 11 nəfər isə xilas edilib”, – məlumatda deyilir.

Artıq qəza-xilasetmə işlərinin tamamlandığı bildirilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir