Rusiyanın 50 milyon dollarlıq qırıcısı vuruldu – SON DƏQİQƏ 

Ukrayna ordusu Qara dəniz üzərində Rusiyaya məxsus Su-30SM döyüş təyyarəsini vurub. 

turaninsesi.az“-ın məlumatına görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. 

Açıqlamada qırıcının portativ (daşına bilən) hava hücumundan müdafiə sistemi tərəfindən məhv edildiyi və  qısa müddət sonra axtarış-xilasetmə əməliyyatına başlandığı bildirilib.  vakansiya

Rusiya hərbi dairələrinə yaxın olan “Fighterbomber” teleqram kanalı hadisə bağlı məlumatı təsdiq edib. 

Rusiya Müdafiə Nazirliyi vurulan Su-30SM ilə bağlı şərh verməyib. Qeyd edək ki, sözügedən qırıcının qiyməti 50 milyon dollara yaxındır. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir