Rusiyalı generalın qətlinə görə 2 nəfər saxlanıldı

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya qoşunlarının rəisi İqor Kirillov və onun köməkçisi İlya Polikarpovun ölümü ilə nəticələnən terror aktını törətməkdə şübhəli bilinən Özbəkistan vətəndaşı saxlanılıb.
“turaninsesi.az” RIA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
General Kirillovun ölümü ilə nəticələnən terror aktını törədən şəxs Moskva vilayətinin Balaşixa rayonunun Çernoye kəndində saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin nümayəndəsi İrina Volk bildirib.
İstintaq Komitəsindən isə bildirilib ki, saxlanılan şəxs müstəntiqin yanına gətirilib, onunla bağlı istintaq hərəkətləri aparılır.
Kirillov və Polikarpovun qətlində şübhəli bilinərək saxlanılan Özbəkistan vətəndaşı dindirilmə zamanı bildirib ki, o, Ukrayna xüsusi xidmət orqanları tərəfindən cəlb olunub və generalın yaşadığı evin girişində skuterə partlayıcı qurğu quraşdırıb.
O, həmçinin binanın həyətindəki karşerinq avtomobilinə kamera yerləşdirib. Həmin avtomobildən görüntülər Dnepr şəhərinə yayımlanıb.
General və köməkçisi evdən çıxan kimi partlayıcı qurğu uzaqdan işə salınıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI