Rusiyadan gələn xəbər Ermənistanı qorxutdu – “Artıq Putin…”

Rusiya lideri Vladimir Putinin yenidən seçilməsi Ermənistan üçün təhlükəlidir.

Turanın səsi ” xəbər verir ki, bunu erməni jurnalist Anna Məlikyan deyib.

“Rusiyada üçgünlük prezident seçkiləri başa çatdı. Vladimir Putin proqnozlaşdırıldığı kimi, rekord sayda – 87.33 faiz səs toplayıb. Belə olacağı əvvəldən bəlli idi.

Rusiyada keçirilən prezident seçkilərindən sonra həm bu ölkə, həm də dünyada yeni vəziyyət yaranacaq. Putin öz ölkəsindən belə etimad aldıqdan sonra indi digər hərbi-siyasi birliklərdən yaranan təhdid və təhlükələrə qarşı daha inamlı hərəkət edə bilər. Onu da qeyd etmək lazımdır ki, Rusiya seçkilərinin belə nəticəsi Ermənistan üçün təhlükəli ola bilər”, – jurnalist qeyd edib.

Məlikyanın sözlərinə görə, Rusiya ona qarşı demarş həyata keçirən Emənistanı cəzalandırmaq haqda düşünür:

“Rusiya ilə korlanan münasibətlərin ciddi nəticələri ola bilər. Xüsusən də son vaxtlar Rusiyanın rəsmi dairələri artıq siyasi bəyanatlar vermirlər, Ermənistanı açıq şəkildə təhdid edirlər”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir