Rusiyada qırıcı qəzasında ölənlərin sayı 13-ə çatıb

0


Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində ölənlərin sayı 13-ə çatıb, onlardan üçü uşaqdır.

Turanın səsi” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, qəza nəticəsində yaralananların sayı 19 nəfər olub.

Məlumata görə, hadisə yerində xilasetmə-axtarış işləri başa çatıb.

23:39

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Turanın səsi” xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.

Bildirilib ki, yaralıların sayı 27-yə yüksəlib, daha bir neçə nəfər itkin düşmüş hesab edilir.

Qeyd olunub ki, binada plitələrin çökməyə başlaması xilasetmə əməliyyatına mane olur.

22:41

Rusiyanın Yeysk şəhərində çoxmərtəbəli binanın yaxınlığında “Su-34″ün qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 25 nəfərə çatıb.

Turanın səsi” xəbər verir ki, bu barədə Krasnodar diyarı qubernatorunun müavini Anna Minkova teleqramda yazıb.

Ölənlərin sayı isə 5 nəfər təşkil edir.

22:06

Rusiyanın Yeysk şəhərində çoxmərtəbəli binanın yaxınlığında “Su-34″ün qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 21 nəfərdir, onlardan 4-nün vəziyyəti ağırdır.

Turanın səsi” xəbər verir ki, bu barədə Yeysk Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Miqran Qriqoryan TASS-a bildirib.

Ölənlərin sayı 3 nəfərdir, onların arasında 8-10 yaşlı uşaq da var.

21:13

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində Su-34 qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.

Turanın səsi” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.

20:28

Rusiya Prezidenti Vladimir Putin Yeyskdə hərbi təyyarənin qəzaya uğraması nəticəsində zərər çəkənlərə bütün lazımi yardımların göstərilməsi barədə göstəriş verib.

Turanın səsi” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı vəziyyətlə bağlı nazirlərin və rayon rəhbərinin məruzələrini dinləyib.

Faktla bağlı artıq cinayət işi başlanılıb.

Qeyd edək ki, “Su-34” təyyarəsi Yeysk şəhərinin Kommunist küçəsində yaşayış binasının həyətinə düşüb. Qəza nəticəsində əmələ gələn yanğın 9 mərtəbəli binaya keçib. Rusiya Müdafiə Nazirliyi qəzanın təyyarə havaya qalxarkən mühərriklərdən birinin alovlanması nəticəsində baş verdiyini bildirib. Həlak olan və yaralananlar barədə hələlik məlumat yoxdur.

20:24

Rusiyanın Yeysk şəhərində hərbi təyyarənin yaşayış binasının üzərinə düşməsi ilə bağlı 3 saylı yanğınsöndürmə dərəcəsi elan edilib.

“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətindən TASS-a bildirilib.

Yanğın sahəsi təxminən 2 min kvadratmetrdir. Ölən və yaralananlar barədə məlumat dəqiqləşdirilir.

Şəhər administrasiyasının nümayəndəsinin sözlərinə görə, sosial obyektlərə ziyan dəyməyib.

19:50

Rusiyanın Yeysk şəhərində təyyarə yaşayış binasının üzərinə düşərək yanğına səbəb olub.

Turanın səsi” bu barədə TASS-a istinadən xəbər verir.

Hadisə şahidlərinin sözlərinə görə, ev birinci mərtəbədən 9-cu mərtəbəyə qədər yanır. Yanğın binanın 15 mənzilini bürüyüb.

Məlumata görə, qəzaya uğrayan “Su-34” qırıcısı olub. Həlak olan və yaralananlar barədə hələlik məlumat yoxdur.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir