Rusiyada qətl törədən “Şaxta baba“ biznesmen imiş
Rusiyanın Çuvaşiya vilayətində “Şaxta baba” mağaza sahibini qətlə yetirib.
“turaninsesi.az” Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə yanvarın 2-də qeydə alınıb.
“Biznesmen Valeri Vasilyev Çuvaşiyanın Kanaş şəhərində mağaza sahibini öldürməkdə şübhəli bilinir. Onun 71 yaşı var, əvvəllər ticarət mərkəzinin sahibi olub və bir çox yerli sahibkarlarla işləyib”, – KİV yazıb.
“Şaxta baba” geyimində olan Valeri ov tüfəngi ilə mağaza sahibini güllələyib. Ertəsi gün o, Rusiya Qvardiyası tərəfindən saxlanılaraq polisə təhvil verilib. Qətlin səbəbi ilkin olaraq pul borcu olub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI