Rusiyada HƏYƏCAN: Uçuşlar dayandı, hava limanları iflic oldu

Ukrayna PUA-ları Rusiya hava limanlarını iflic edib.
“turaninssi.az” xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumatda bildirilir ki, Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Rusiyanın bir sıra hava limanlarında gediş-gəlişi dayandırıb. pizza sifarişi
Lipetsk və Voronej vilayətlərində PUA-ların hücum təhlükəsi elan edilib. Eyni zamanda, Kazan hava limanı müvəqqəti olaraq uçuşları dayandırıb.
Oxşar təhlükəsizlik tədbirləri Kaluqa, Nijni Novqorod, Penza və Sankt-Peterburq hava limanlarında da görülüb. Hazırda hava limanlarının fəaliyyəti tam bərpa olunmayıb.