Rusiyada güclü zəlzələ oldu
Rusiyanın Kamçatka yarımadasında güclü zəlzələ olub.
“Turanın səsi ” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Məlumata görə, zəlzələnin maqnitudası 6.1, dərinliyi 95 kilometr olub.
Zəlzələnin episentri Ust-Kamçatskdan 69 kilometr məsafədə yerləşib.