Rusiyada baş verən təyyarə qəzası Baydeni təəccübləndirməyib

ABŞ prezidenti Cozef Bayden Tver vilayətində baş verən təyyarə qəzasına təəccüblənmədiyini, lakin son saat yarım idmanla məşğul olduğu üçün təfərrüatları bilmədiyini bildirib.

Turanın səsi ” xəbər verir ki, bu barədə Amerika lideri jurnalistlərə açıqlamasında deyib.

“Nə baş verdiyini dəqiq bilmirəm, amma təəccüblənmirəm”-deyə, o bildirib.

Təyyarə qəzasının arxasında Rusiya rəhbərliyinin olduğuna inanırsınızmı sualına Bayden belə cavab verib: “Rusiyada (Prezident Vladimir – Qeyd) Putinin arxasında olmadığı çox az şey var”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir