Rusiyada əsgər çatışmır: Yenidən səfərbərlik olacaq
Rusiya 2024-cü ilin sonunda yeni səfərbərliyə başlaya bilər.
“turaninsesi.az” xəbər verir ki, bunu “Bloomberg” yazıb.
“Rusiya ordusu hərbi personal çatışmazlığı yaşayır və cəbhədə itkilər verir – bu, ikinci səfərbərlik dalğasına səbəb ola bilər”, – “Bloomberg” Kremlə və RF Müdafiə Nazirliyinə yaxın bir neçə mənbəyə istinadən yazır.
Nəşrin həmsöhbətləri qeyd edirlər ki, Ukraynada müharibə başlayandan bəri hərbi itkilər maksimum həddə çatıb. Birdəfəlik ödənişləri və digər bonusları artırmaqla problemi həll etməyə çalışırlar, lakin yaranan kəsiri tam bağlamaq mümkün deyil.
Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu bu problemi hər kəsə açıq şəkildə göstərib və buna görə də Rusiya hakimiyyəti yeni səfərbərliyə başlaya bilər.
Həmin həmsöhbətlərindən biri bildirib ki, bu, Ukraynada döyüşlərdə səfərbər olanların “istirahət üçün” rotasiya tədbiri kimi təqdim edilə bilər. Başqa bir mənbə layihənin 2024-cü ilin sonunda elan oluna biləcəyini söyləyib.