Rusiya XİN: Rəsmi İrəvan KTMT-dən uzaqlaşır
Ermənistan tərəfinin bəyanatları İrəvanın KTMT-nin işinin bütün formatlarından uzaqlaşdığını göstərir.
“turaninsesi.az” TASS-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.
O, Ermənistanın qarşıdakı KTMT tədbirlərində, o cümlədən liderlərin görüşündə iştirak etmək şansının olub-olmaması ilə bağlı sual verilib.
“Sualı erməni tərəfinə ünvanlayın. Lakin erməni tərəfinin bəyanatlarına əsasən, indiki mərhələdə o, KTMT-nin müxtəlif səviyyələrdə tamamilə bütün formatlarda fəaliyyətində iştirakdan uzaqlaşır”.