Rusiya XİN: İranla hərbi ittifaqımız yoxdur

İranla strateji tərəfdaşlıq sazişi iki ölkə arasında hərbi ittifaq deyil.

turaninsesi.az” Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Vurğulamaq istərdim ki, sazişin bağlanması İranla hərbi ittifaqın yaradılması demək deyil və bir-birinə hərbi yardımın göstərilməsini nəzərdə tutmur”, – o, Dövlət Dumasında İranla strateji tərəfdaşlıq haqqında sazişin ratifikasiyası zamanı çıxış edərkən deyib.

Rudenko “Rusiya və ya İrana hücum edildiyi halda təcavüzkara hərbi və ya digər yardımın göstərilməməsi haqqında”, habelə “BMT Nizamnaməsi və beynəlxalq hüququn digər normaları əsasında yaranan fikir ayrılıqlarının həllinə yardım haqqında” 3-cü maddəni xatırladıb.

Nazir müavini bildirib: “Müqavilə Yaxın Şərqdə sabitləşdirici rol oynamaq üçün nəzərdə tutulub, Rusiya və İrana qonşu olan Xəzər, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında təhlükəsizliyin qorunmasına kömək edəcək və Avrasiyanın yeni təhlükəsizlik arxitekturasının qurulmasına müsbət töhfə verəcək”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI