Rusiya Xarkov vilayətini atəşə tutub, ölənlər və yaralananlar var

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin Kupyansk rayonunun yaşayış məntəqələrini atəşə tutublar.

turanın səsi ” xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov teleqramda bildirib.

“Düşmən Kupyansk rayonunun mülki əhalisinə yenidən zərbə endirir. Ölənlər və yaralananlar var”, – O. Sinequbov qeyd edib.

Dvoriçna şəhər tipli qəsəbəsinin atəşə tutulması sonucunda 65 və 34 yaşlı 2 kişi ölüb.

“Bundan başqa, Podolı kəndində 65 yaşlı qadın yaralanıb”, – o əlavə edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir