Rusiya və Türkiyə kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxışını müzakirə ediblər
Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiçlə görüşüb.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qlobal səviyyədə ərzaq təhlükəsizliyinin təmin edilməsi kontekstində keçirilən görüşdə diplomatlar kənd təsərrüfatı məhsulları və gübrələrin dünya bazarlarına maneəsiz çıxışı məsələlərini müzakirə ediblər.
Bundan əlavə, tərəflər Fələstin-İsrail münaqişəsi zonasında mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Eyni zamanda, bu məsələnin BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının platformalarında nəzərdən keçirilməsi xüsusi vurğulanıb. Hər iki tərəf təcili və genişmiqyaslı atəşkəs və humanitar səylərin artırılmasının zəruriliyi ilə bağlı razılığa gəlib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI