Rusiya və İran Ermənistanı küncə dirəyib – Paşinyan çıxılmaz durumda

Ermənistanın üzərində təhlükənin yarandığı indiki mərhələdə Ermənistan-Rusiya və Ermənistan-İran münasibətlərinin pisləşməsinə səbəb olan addımlar deyil, əksinə, onların inkişafı çox vacibdir.

Turanın səsi ” çəbər verir ki, bunu politoloq Arsen Qasparyan deyib. 

“Rusiya və İran bizim üçün çox vacib tərəfdaşlardır. Bu iki ölkə ilə münasibətlər hesabına başqaları ilə münasibətləri inkişaf etdirə bilməzsən. Ermənistanda Rusiyanın bölgəni tərk etdiyini deyənlər heç ondan soruşublar ki, Rusiya gedirsənmi? Axı söhbət nüvə silahına malik fövqəldövlətindən gedir. Onlar heç soruşublar ki, Rusiya Ermənistanı İttifaq Dövlətində görmək istəyir, ya yox?

Rusiyanın bölgədəki hərbi mövcudluğu, indiki vaxt da daxil olmaqla, bir neçə əsrdir ki, saxlanılır. Gürcüstanda (Abxaziya və Cənubi Osetiyada), Ermənistanda da, hətta Qarabağda da Rusiya sülhməramlıları şəklində. Mənə elə gəlir ki, Ermənistanda rusların nə istədiyini anlamaq problemi var. Ermənistan-Rusiya dialoqu uğursuzluğa düçar olub, biz Ermənistan-Rusiya münasibətlərini necə bərpa edəcəyimizi düşünməliyik. Əks halda, erməni xalqı üçün fəsadlar yaranacaq.

Bizim və ABŞ-ın əməkdaşlıq gündəliyi yoxdur, ticarət dövriyyəsi lazımi səviyyədə deyil, oradan texnologiyalar idxal etmək cəhdləri yoxdur. Avropa İttifaqı ölkələri ilə də ikitərəfli əlaqələri fəal şəkildə inkişaf etdirmək lazımdır”, – deyə Qasparyan vurğulayıb.

O xatırladıb ki, Türkiyə Cənubi Qafqaz regionunda Qərbi təmsil edir, ona görə də Ermənistan-Türkiyə sərhədi təkcə iki ölkənin sərhədləri deyil, KTMT ilə NATO arasında sərhəddir.

Ekspert istisna etməyib ki, Rusiya-Türkiyə münasibətlərinin xarakteri zaman keçdikcə və müəyyən şəraitdə dəyişə bilər.

Onun fikrincə, Rusiya Rusiyanın Ankaradakı səfirinin və vurulan pilotun qətlini unutmayacaq.

Onun sözlərinə görə, Rusiyanın maraqları Türkiyə və Azərbaycanla üst-üstə düşür və əgər Ermənistan bu dəfə müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün Rusiya ilə sövdələşə bilməsə, bu, son dərəcə mənfi nəticələrə gətirib çıxara bilər.

“Rusiya ilə NATO arasında Ukraynada gedən müharibəni Qafqazda proqnozlaşdırmaq olar və bu oyunu düzgün oynamasaq, ciddi nəticələr ola bilər”, – politoloq bildirib.

Qasparyan hesab edir ki, Ermənistan ərazisindən keçəcək dəhliz məsələsində də İranla razılığa gəlmək lazımdır:

“Əgər İranda Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar varsa, bu o deməkdir ki, İrana dair erməni diplomatiyasında boşluq var. Qərb Tehranla münasibətləri inkişaf etdirməyin zəruriliyini izah etməlidir”.

Politoloq uzun müddətdir ki, Rusiya-Azərbaycan və Rusiya-Türkiyə münasibətlərində baş verən dəyişikliyə erməni diplomatiyasının və təhlükəsizlik qüvvələrinin reaksiya verməməsindən çaşdığını bildirib:

“Ermənistan ətrafında təhlükəli vəziyyət yaranıb və Ermənistanın xarici siyasəti mahiyyətdən məhrumdur”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir