Rusiya UNESCO-ya nota verib
Rusiya diplomatlarına viza verilmədiyi üçün UNESCO-ya nota göndərib.
“Turanın səsi” TASS-a istinadən xəbər verir ki, Rusiyanın UNESCO yanında daimi nümayəndəliyi Fransanın təşkilatın tədbirlərinə xarici nümayəndə heyətlərinin səfərini təmin etmək üzrə götürdüyü öhdəlikləri yerinə yetirməməsi barədə quruma məlumat verib.
Bildirilib ki, rusiyalı diplomatlar Parisdə keçirilən UNESCO-nun Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqramın Hökumətlərarası Şurasının 33-cü sessiyasında iştirak etmək üçün viza ala bilməməsindən sonra rəsmi Moskva təşkilata nota göndərib:
“Nümayəndəliyimiz diplomatik kanallar vasitəsilə UNESCO-nun katibliyinə müraciət edib – nota göndərib və katiblik qarşısında təşkilat ilə Fransa tərəfi arasında bağlanmış müqaviləyə uyğun olaraq bu dövlətin üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi barədə məsələ qaldırıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09