Rusiya Ukraynaya raket zərbəsi endirib, 4 nəfər ölüb, 40-dan çox insan yaralanıb

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə raket zərbəsi endirib, nəticədə 4 nəfər həlak olub, 40-dan çox insan yaralanıb.

Turanın səsi ” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər naziri İqor Klimenko bildirib.

Onun sözlərinə görə, Kramatorska iki raket zərbəsi endirilib:

“Rusiya insanların sıx toplaşdığı yerləri hədəfə alıb. İctimai iaşə obyektinin binalarına və bir neçə fərdi evə ziyan dəyib”.

Nazir qeyd edib ki, dağıntılar altında insanlar ola bilər. Hadisə yerində xilasedicilər və polis işləyir.

Donetsk vilayətinin polisi bildirir ki, ilkin məlumatlara görə, Rusiya şəhəri iki S-300 raketi ilə vurub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir