Rusiya Ukraynanın Kramatorsk şəhərinə zərbə endirib, ölən və yaralananlar var – YENİLƏNİB
Fevralın 2-nə keçən axşam Rusiya ordusunun Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə “İsgəndər-K” raketi ilə endirdiyi zərbə nəticəsində 3 mülki şəxs həlak olub, daha 20 nəfər yaralanıb.
“turanın səsi ” in xəbərinə görə, bu barədə Donetsk vilayətinin polisi məlumat yayıb.
Məlumata görə, zərbə zamanı azı 8 yaşayış binasına ziyan dəyib, onlardan biri tamamilə dağılıb.
“Düşmən hücumu saat 21:45-də baş verib. Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. Polis Rusiyanın hərbi cinayətinin nəticələrini sənədləşdirir. 11 operativ istintaq qrupu, partlayıcı maddələr üzrə ekspertlər, kinologlar, həkimlər, patrul polisi və digər bölmələr hadisə yerində işləyir”, – məlumatda deyilir.
İnsanların hələ də dağıntılar altında qala bildiyi qeyd edilir. Zərərçəkmiş evlərin sakinləri sığınacaqlara təxliyə olunur.
02:31
Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində iki dinc sakin ölüb, səkkiz nəfər yaralanıb.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu Telegram kanalında məlumat yayıb. Qeyd edilir ki, Donetsk Vilayət Prokurorluğunun prosessual rəhbərliyi altında müharibə qanunlarının və adətlərinin pozulması (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi) üzrə ibtidai istintaq aparılıb.
İstintaqın məlumatına görə, fevralın 1-də Rusiya Federasiyasının qoşunlarının Kramatorska raket zərbələri yaşayış binasına düşüb.
“İndi dağılmış evin dağıntıları altında iki nəfərin öldüyü məlumdur. Səkkiz mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb”, – prokurorluq qeyd edib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09