Rusiya Ukraynada irimiqyaslı raket hücumu həyata keçirib, ölən və yaralananlar var – YENİLƏNİB

Rusiya ordusunun Ukraynanın Dnepr şəhərində həyata keçirdiyi növbəti irimiqyaslı raket hücumu nəticəsində 5 nəfər ölüb, 40-a yaxın yaralı var.

Turanın səsi ” bu barədə “UNİAN”a istinadən xəbər verir.

Dneprdə çoxmərtəbəli binaya düşən raket nəticəsində 39 yaralının olduğu məlumdur, onlardan yeddisi uşaqdır.

Bununla yanaşı, ərazidə 15 avtomobil yanıb, onlarla mənzilə ciddi ziyan dəyib.

Hadisə yerinə 230-dan çox xilasedici və 67 texnika cəlb olunub.

19:14

Rusiya hərbçiləri Ukraynanın Dnepr şəhərində növbəti irimiqyaslı raket hücumu həyata keçirib, yaralananlar var.

Turanın səsi ” “UNİAN”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Məlumata görə, yaşayış binasının vurulması nəticəsində ikisi uşaq olmaqla 10 nəfər xəsarət alıb. Zərərçəkənlərdən üçünün vəziyyəti ağırdır.

Hazırda şəhər xidmətləri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində işləyir.

Dnepr meri Boris Filatov bildirib ki, hücum nəticəsində elektrik enerjisinin verilişi tamamilə dayandırılıb.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir